Əli Kərimli haqqında məhkəmə qərarı açıqlanıb
Dekabrın 1-də Səbail rayon Məhkəməsi AXCP sədri Əli Kərimli haqqında 13 fevral 2026-cı ilədək həbs-ətimkan tədbiri seçib.
Azadmediatv.com xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli barəsində Səbail rayon Məhkəməsində təqdimata baxılıb.Məhkəmə onun barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçib.
Əli Kərimliyə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Əli Kərimli AR CM-in 278.1-ci maddə ilə ittiham olunur.
Azadmediatv.com xəbər verir ki, hazırda sözügedən partiyanən digər funksioneri Məmməd İbrahim məhkəmə qarşısına çıxarılır.
Qeyd edək ki, o, AR CM-in 278.1-ci maddə ilə ittiham olunur.
Gülnaz Qənbərli
Azadmediatv.com



